“Formula-1” üzrə Avropa Qran-prisi dünya idman ictimaiyyətinin diqqət mərkəzindədir
Bu ilin iyununda Bakıda təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-prisi dünya idman ictimaiyyətinin diqqət mərkəzindədir.

Bu yaxınlarda ölkəmizdə səfərdə olan İngiltərənin “Sky Sport” kanalının əməkdaşı Ted Kravitz “Twitter”dəki şəxsi səhifəsində ölkəmizdə “Formula-1” yarışlarına hazırlıq işlərinə dair fotoşəkillər paylaşıb. T.Kravitz Bakıda təşkil olunacaq Avropa Qran-pri yarışlarının treklərində, ölkəmizin görməli məkanlarında çəkdiyi şəkilləri sosial şəbəkədə bölüşüb. Fotolar arasında, həmçinin Media Mərkəz, pit-lane, “Paddock Club” və digər obyektlərin fəaliyyət göstərəcəyi məkanların şəkilləri də yer alıb.

Şəkillərdə inkişafda olan Bakının möhtəşəm görüntüləri Ted Kravitzin “Twitter”dəki istifadəçiləri tərəfindən maraqlı qarşılanıb.

Xəbər 638 dəfə oxundu.