“Brno” klubu Bakıya gələcək
Qadın voleybolçular arasında Çellenc kubokunun 1/4 final mərhələsində Bakının “Lokomotiv” klubunun rəqibi bəlli olub. İdman.com.az saytının məlumatına görə, “dəmiryolçular” Çex Respublikasının “Brno” komandası ilə qarşılaşacaqlar. “Lokomotiv” ilk oyununa fevralın 21-23-də səfərdə, cavab matçına bir həftə sonra Bakıda çıxacaq.

Qeyd edək ki, “Brno” “qızıl set” sayəsində mərhələ adlayıb. Onlar evdə 3:2 hesabı ilə Ukraynanın “Ximik” klubuna qalib gəlsələr də, səfərdə 1:3 hesabı ilə uduzublar. Lakin həlledici mərhələdə 15:10 hesablı qələbə, çexlərinin 1/4 finala yüksəlməsinə səbəb olub.

Xəbər 919 dəfə oxundu.