Futbol üzrə Topaz Premyer Liqasının XIX turuna yekun vurulub
Futbol üzrə Topaz Premyer Liqasının XIX turuna yekun vurulub.

Turun ən maraqlı matçı “AZAL Arena”da keçirilib. Çempion “Qarabağ”ı qəbul edən AZAL minimal hesablı qələbə qazanıb – 1:0. Qarşılaşmada yeganə qolu Nuqzar Kvirtiya vurub.

Tura Zirə İdman Kompleksində keçirilən “Zirə”-“İnter” oyunu ilə yekun vurulub. “İnter”i 2:1 hesabı ilə məğlub edən “Zirə” komandası 32 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “İnter” komandası isə 30 xalla üçüncüdür. “Zirə”nin heyətində Luis Alberto Diez, Nurlan Novruzov, rəqib komandadan isə Abbas Hüseynov fərqlənib.

Məğlub olmasına baxmayaraq “Qarabağ” komandası 38 xalla turnir cədvəlinə liderlik edir.

Xəbər 852 dəfə oxundu.