Livanın “autosport.me” portalında Bakıda keçiriləcək “Formula-1” yarışı ilə bağlı videoçarx yerləşdirilib
Livanın “autosport.me” portalında Azərbaycan tarixində ilk dəfə bu ilin iyununda Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışı ilə bağlı təbliğat videosu yerləşdirilib.

Avtoidman yarışları sahəsində tanınmış saytın təqdim etdiyi “Formula-1” Bakısının treklərinə ilk baxış” adlı videoçarxda treklərin keçiriləcəyi yollar, məkanlar xüsusi diqqətə çatdırılıb. Bununla yanaşı, paytaxtımızın görməli yerləri, turizm potensialı da çarxda ətraflı təqdim olunub.

“Formula-1”Avropa Qran-pri yarışı üçün tras şəhərin landşaftına çox gözəl uyğunlaşdırılıb. Bu da yarışların həddindən artıq sürətli və baxımlı olacağını vəd edir. Start-finiş xətti məşhur Bakı bulvarı ilə Hökumət evinin arasında olacaq.

Videçarxa aşağıdakı link vasitəsilə baxmaq mümkündür: https://www.youtube.com/watch?v=Si7JAAq_-7M

Xəbər 775 dəfə oxundu.