Bakıda keçirilən atletika üzrə beynəlxalq turnirə yekun vurulub
Bakıda, Respublika Olimpiya Mərkəzində keçirilən, SSRİ-nin və Azərbaycanın Əməkdar Məşqçisi Aleksandr Antipovun xatirəsinə həsr olunan atletika (tullanmalar) üzrə səkkizinci beynəlxalq turnir başa çatıb.

Azərbaycan, Gürcüstan, Kuba, Qazaxıstan və Rusiya (Saxa Yakutiya) idmançılarının mübarizə apardıqları yarışın sonuncu günündə yakut tullanmaları üzrə qaliblər müəyyənləşib. Kıllı növü üzrə yarışlarda qızlar arasında Azərbaycan idmançısı Yelena Pextireva, oğlanların mübarizəsində qazaxıstanlı Rasul Usimatov, kişilərin yarışında isə Kuba təmsilçisi Aleksis Kopello birinci olublar.

Qızların istanqa yarışlarında rusiyalı Batarina Sayana, oğlanların mübarizəsində isə Rasul Usimatov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Kişilər arasında mübarizədə isə Aleksis Kopello fərqlənib.

Koubax yarışlarında isə Batarina Sayana, Vadim Boskaçin (oğlanlar) və Vladislav Popov (kişilər) qızıl medal qazanıblar.

Xəbər 795 dəfə oxundu.