“Australian Open-2016” turnirində sensasiya: Angelik Kerber Serena Uilyamsa qalib gəlib
Almaniyalı tennisçi Anqelik Kerber Avstraliyanın açıq çempionatının qalibi olub. O, final görüşündə qadın tennisçilərin reytinq cədvəlinə başçılıq edən və turnirin şəksiz favoriti sayılan Serena Uilyams üzərində qələbə qazanıb.

“Australian Open-2016” turnirinin qadınlar arasında gərgin keçən final oyunu iki saatdan çox davam edib. Hərəyə bir set qazanan Kerber və Uilyams həlledici partiyada əsl tennis tamaşası göstəriblər.

Üçüncü setdə 2:5 hesabı ilə geridə olan amerikalı sonrakı iki qeymdə qələbə qazanaraq hesabı bərabərləşdirməyə yaxın olub. Amma həlledici məqamda səhv buraxaraq oyunu uduzub. Görüş 6:4, 3:6, 6:4 hesabı ilə alman tennisçisinin xeyrinə başa çatıb.

Bu, 28 yaşlı Kerberin karyerası ərzində “Böyük dəbilqə” turniri seriyasında qazandığı ilk qələbədir. Serena Uilyams isə “Australian Open” turnirinin altıqat çempionudur.

Xatırladaq ki, yanvarın 31-də “Australian Open-2016” turnirində kişi tennisçilər arasında qalib müəyyən olunacaq. Final görüşündə serbiyalı Novak Cokoviç və britaniyalı Endi Marrey qarşılaşacaq.

Xəbər 1907 dəfə oxundu.