Azərbaycan taekvondosuna növbəti etimad
Ölkəmiz daha bir mötəbər idman tədbirinə ev sahibliyi edəcək. Azərbaycan Taekvondo Federasiyasından idman.com.az saytına verilən məlumata görə, 2012-ci il London Yay Olimpiya Oyunlarına taekvondo idman növündən seçilən hakimlərin sonuncu seminarı Bakıda keçiriləcək.

Fevralın 28-dən martın 2-dək davam edəcək seminara Dünya Taekvondo Federasiyasından (WTF) nümayəndələri və 30 ölkədən seçilmiş hakimlər qatılacaq.
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının inzibati-binası WTF-in Regional Mərkəzi olduğundan, bu mötəbər tədbir paytaxtımıza həvalə olunub.

Xəbər 1232 dəfə oxundu.