“Kəpəz” komandası “Qəbələ”nin qapısından üç cavabsız top keçirib
Yanvarın 30-da futbol üzrə Topaz Premyer Liqasının XIX turuna start verilib.

Gəncə şəhər stadionunda “Kəpəz” komandası “Qəbələ” klubunu qəbul edib.

Baş hakim Fariz Yusifovun idarə etdiyi oyunda “Kəpəz” rəqib qapısından üç cavabsız top keçirib. Gəncə təmsilçisinin heyətində Julien Ebah dubl edib, Namiq Ələsgərov isə bir dəfə fərqlənib.

Turun ilk oyun günündə daha bir görüş “Bakcell Arena”da “Neftçi” və “Sumqayıt” komandaları arasında keçiriləcək. Tura yanvarın 31-də keçiriləcək üç oyun – AZAL-“Qarabağ”, “Zirə”-“İnter” və “Xəzər-Lənkəran”-“Rəvan” ilə yekun vurulacaq.

Xəbər 763 dəfə oxundu.