Azərbaycan yığmasının futbolçusu "Neftçi"də
“Neftçi” PFK Azərbaycan yığma komandasının üzvü Elşən Rzazadə ilə müqavilə bağlayıb. Yarımmüdafiəçi növbəti 1 il 6 ay müddətində komandamızın formasını geyinəcək.
Elşən Rzazadə bunadək “Bakı” və “Xəzər Lənkəran” klublarında çıxış edib. 22 yaşlı futbolçu milli komandamızın Moldova yığması ilə son oyununda meydana çıxıb.

Xəbər 621 dəfə oxundu.