1/4 finalın iştirakçıları məlum oldu
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulub. İdman.com.az saytının məlumatına görə, baş tutan 8 matçdan sonra növbəti mərhələyə vəsiqə qazanan komandaların siyahısı məlum olub.

Belə ki, 1/4 finalda 5 ölkədən 8 klub mübarizə aparacaq. Bunlar arasında Azərbaycan, Türkiyə və İtaliya 2 komanda ilə təmsil olunacaq. Fransa və Rusiyanın isə, hərəsinin 1 klubu 1/8 finalı adlayıb.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk matçları fevralın 21-23-də, cavab görüşləri 1 həftə sonra olacaq.

1/4 final cütləri

“Rabitə” (Azərbaycan) - “Fənərbağça” (Türkiyə)
“Dinamo” (Kazan, Rusiya) – “Azərreyl” (Azərbaycan)
“Vəqfbank TTelekom” (Türkiyə) – “Kann” (Fransa)
“Villa Kortese” (İtaliya) – “Foppapedretti” (İtaliya)

Xəbər 941 dəfə oxundu.