Bakının “Azəryol” voleybol klubu İtaliyanın “Novara” komandası ilə qarşılaşacaq | |
Bakının qadınlardan ibarət “Azəryol” klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının “çellenc-raund” mərhələsindəki rəqibi müəyyənləşib. Bakı təmsilçisi İtaliyanın “Novara” komandası ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun fevralın 8-11-də Bakıda, cavab oyunu isə fevralın 23-25-də İtaliyada təşkil olunacaq. Qeyd edək ki, turnirdə mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan "Azəryol" Rumıniyanın "Tarqoviste", Finlandiyanın "Salo" və Polşanın “Muşina” klublarını yarışdan kənarlaşdırıb. |
|
Xəbər 746 dəfə oxundu. |
|
|