Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Azərbaycana gələcək
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti ser Filip Kreven Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi tədbirlərində iştirak etmək üçün fevralın 7-10-da Bakıda səfərdə olacaq. Onu beynəlxalq Paralimpiya hərəkatının 7 görkəmli şəxslərindən biri - “Paralimpik ordeni”nin mükafatçısı, Böyük Britaniya Paralimpiya Assosiyasiyasının fəxri vitse-prezidenti Entoni Seynsburi müşayiət edəcək.

Səfər çərçivəsində F.Kreven yubiley tədbirlərində iştirak etməklə yanaşı, bir sıra rəsmi görüşlər keçirəcək. O, Milli Paralimpiya və Uşaq Paralimpiya komitələrinin idmançıları və məşqçi heyəti ilə də görüşəcək.

F.Kreven 2001-ci ildən Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti, 2003-cü ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü və Benəlxalq “Fair-play” Komitəsinin administrativ üzvüdür. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallıqlarının fəxri cəngavər-bakalavrıdır.

Xəbər 786 dəfə oxundu.