“Fənərbağça” yenə bizə rəqib oldu
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/4 final mərhələsində “Rabitə” klubunun rəqibi müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, Zoran Qayiçin komandası Bakıda keçiriləcək “dördlər finalı”na vəsiqə qazanmaq üçün, “Fənərbağça” (Türkiyə) səddini aşmalıdır.

Qrup mərhələsində də bir-birinə rəqib olan komandalar arasında 1/4 final mərhələsinin ilk matçı fevralın 21-23-də paytaxtımızda, cavab görüşü isə 1 həftə sonra səfərdə baş tutacaq.
Qeyd edək ki, “sarı-lacivərdlər” 1/8 finalda Çex Respublikasının “Modranska” klubuna hər 2 matçda qalib gəlib.

Xəbər 1005 dəfə oxundu.