Qarabağ Elvin Məmmədov ilə yollarını ayırdı
Antalyada keçdiyi qış hazırlığından geri dönən "Qarabağ" hazırlıqlarını davam etdirir. Qış fasiləsinin başa çatmasına az qalmış komandada daha bir dəyişiklik edilib.

2015-ci ilin yayından etibarən "Qarabağ"ın uğurları üçün çalışan Elvin Məmmədovla yollar qarşılıqlı anlaşma şəklində ayrılıb.

"Qarabağ" Elvinə verdiyi əməyə görə öz təşəkkürünü bildirib və karyerasında uğurlar arzulayıb.


Xəbər 630 dəfə oxundu.