AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda FİFA tərəfindən AFFA-ya ünvanlanan məktublar barəsində müzakirə aparılıb. İlk məktubda FİFA-nın İntizam Komitəsinin “Rəvan” klubu haqqında qərar qəbul etdiyi bildirilib. Belə ki, “Rəvan” ilə həmin klubda çıxış etmiş futbolçu Artur Kotenko arasında bağlanmış müqavilə şərtlərinə riayət edilməməsi səbəbindən komandanın cari mövsüm üçün aktivindən 6 xalın silinməsi qeyd olunub. Müzakirələrdən sonra iclasda Topaz Premyer Liqasında çıxış edən “Rəvan”nın cari mövsüm aktivindən 6 xal silinməsi barədə qərar qəbul olunub.

FIFA tərəfindən AFFA-ya ünvanlanan növbəti məktubda ali futbol qurumunun İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyi əksini tapıb. “Bakı” ilə həmin klubda çıxış etmiş futbolçu Deyan Brankoviç arasında bağlanmış müqavilə şərtlərinə riayət edilmədiyi üçün klubun cari mövsüm aktivindən 3 xal silinməsi tələb olunub. İclasda bu barədə qərar qəbul olunub və Azərbaycan birinci divizionunda çıxış edən “Bakı”nın cari mövsüm aktivindən 3 xal silinib.

Xəbər 835 dəfə oxundu.