“Beşikdaş”ın futbolçusu hansı klubumuza keçir?
“Xəzər Lənkəran” klubu daha 1 futbolçunun keçidini həll etmək üzrədir. İdman.com.az saytının məlumatına görə, “Beşikdaş” komandasında çıxış edən yarımmüdafiəçi Məhməd Ağyüzün icarə əsasında keçidi razılaşdırılıb. Yaxın zamanda türkiyəli futbolçunun da Lənkəran təmsilçisinin sıralarına qoşulacağı gözlənilir.

Qeyd edək ki, karyerası ərzində “Sakaryaspor”, “Fəthiyəspor”, “Bozuyuqspor”, “Gənclərbirliyi”, “Şanlıurfaspor”, “Hacettəpə”, “Dovşanlı Linyitspor”da oynamış 26 yaşlı havbek, 2011-ci ildən “Beşikdaş”dadır. O, Türkiyə U-19 yığmasında 1 oyun keçirib.

Xəbər 1133 dəfə oxundu.