Sumqayıt Neftçi ilə oyuna hazırlığını davam etdirir
Premyer Liqanın 19-cu turunda səfərdə "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Komandanın bu gün "Kapital Bank Arena"da baş tutan növbəti məşqində zədəli futbolçu yer almayıb.

Heyətə yeni cəlb olunmuş Rasim Ramaldanov da komanda ilə birlikdə məşqlərə başlayıb.

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" oyunu yanvarın 30-da keçiriləcək. Qarşılaşma saat 16:30-da "Bakcell Arena"da start götürəcək.

Xəbər 654 dəfə oxundu.