AZAL-“Qarabağ” oyununun vaxtı dəyişdirilib
AZAL klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb.
AZAL əsas heyətin 3 üzvünün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsində olduğunu əsas gətirərək Topaz Premyer Liqasının XIX turunun “Qarabağ”la keçiriləcək oyununun vaxtının dəyişdirilməsini xahiş edib.

Yarışların əsasnaməsini və rəqib komandanın razılığını rəhbər tutan PFL AZAL–“Qarabağ” görüşünün əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 30-da deyil, bir gün sonra oynanılmasına qərar verib.

Xəbər 721 dəfə oxundu.