U-12 komandasından uğurlu start
“Neftçi” PFK-nın U-12 komandası “Vətən” RİOEUG futbol məktəbinin təşkil etdiyi “Qış kuboku” turnirində ilk oyununu keçirib. Baş məşqçi Vaqif Əliyevin yetirmələri “Qarabağ” U-12 ilə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn komandamızın yeganə qolunu Novruz Əmirov vurub.

Qeyd edək ki, “Neftçi”nin A qrupundakı növbəti rəqibləri “Vətən” U-13 (qızlar) və “Zirə” U-11 komandaları olacaq.

Xəbər 753 dəfə oxundu.