Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı arenası mükafatına namizəddir
UEFA-nın rəsmi xəbər tərəfdaşı olan StadiumDB tərəfindən hazırlanan sorğuda 15 ölkədən 22 stadion 2015-ci ilin ən yaxşısı adını qazanmaq üçün mübarizə aparacaq.

Sorğu həm ictimaiyyət, həm də münsiflər arasında keçiriləcək. Avropa Oyunlarının açılış, bağlanış və yüngül atletika sessiyalarına, futbol üzrə milli komandanın oyunlarına ev sahibliyi edən Bakı Olimpiya Stadionu dünya səviyyəli idman qurğuları sırasında göstərilir.

Sorğuda səs vermək üçün http://stadiumdb.com/competitions/stadium_of_the_year_2015 linkinə daxil olub ən yaxşı 5 stadionu 5 müxtəlif xal ilə dəyərləndirmək lazımdır. Sesvermə fevralın 19-da bitəcək.

Bu tarixədək 5 ən yaxşı stadionunun seçiləcəyi səsvermədə hər kəs iştirak edə bilər. Hər bir kompüter və mobil telefondan yalnız bir səs qeydə alınacaq. Artıq 10000-ə yaxın futbol azarkeşinin səsvermədə iştirak etdiyi bildirilir.

Ən yaxşı stadion seçilməyin digər yolu isə münsiflərin rəyini qazanmaq olacaq. Münsiflər 5 ən məşhur stadionun memarlarından ibarətdir. Bunlar dünyanın ən görkəmli stadionlarının tikintisində yaxından iştirak etmiş Sezar Azkarate, Kris Dayt, Endru Edc, Dipeş Patel və Joze Ribasdır.

Xəbər 2223 dəfə oxundu.