Yaşar Vahabzadə: “Verdiyimiz tapşırıqları dəqiq yerinə yetirdilər”
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının “Antalya Cup” turnirində bu gün Albaniyanın U-21 komandası ilə qarşılaşmasından sonra yığmamızın baş məşqçisi Yaşar Vahabzadə fikirlərini bildirib:

“Komanda olaraq yaxşı futbol oynadıq. Uşaqlar verdiyimiz tapşırıqları dəqiq yerinə yetirdilər. Birinci hissədə qol epizodlarımız oldu. Təəssüf ki, yararlana bilmədik. Fasilədən sonra qol imkanlarından istifadə etdik. Hesab daha böyük ola bilərdi. Sevindirici məqamlardan biri də qolların ikisinin dayaq yarımmüdafiəçisi, birinin isə müdafiəçi tərəfindən vurulmasıdı. Bu, onların hücamameyilli oyun nümayiş etdirməsindən irəli gəlir”.

Xəbər 782 dəfə oxundu.