Voleybol üzrə rayon birinciliyi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2015-ci il 29 sentyabr tarixli 181 nömrəli Sərəncamına əsasən Binəqədi rayon orta ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanı təbliğ və inkişaf etdirmək, məktəbliləri idmanla aktiv məşğul olmağa cəlb etmək, həmçinin istedadlı yeniyetmə və gəncləri aşkar etmək məqsədilə 08-22 yanvar tarixlərində 135 saylı tam orta məktəbdə 2015-2016-cı tədris ili ərzində keçirilməsi nəzərdə tutulan Binəqədi rayon məktəblilərinin XXVIII Spartakiadasının proqramına daxil olan oğlanlar arasında Voleybol üzrə rayon birinciliyi keçirilib.

Birinciliyin nəticələrinə görə birinciyə 314 saylı, ikinciyə 284 saylı, üçüncü yerə 3 saylı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 1184 dəfə oxundu.