Şahmat üzrə Azərbaycan Çempionatının seçmə yarışları start götürüb
Yanvarın 23-də Biləsuvar İdman Olimpiya Kompleksində 8-16 yaşadək oğlanlar və qızlar arasında Azərbaycan Çempionatının seçmə yarışları start götürüb. Yarışda Naxçıvan, Sumqayıt, Samux, Goranboy, Mingeçevir, Gəncə, Lənkəran, Ucar, Cəlilabad, Şirvan, Masallı, Quba, Agsu, Ağdaş, Lerik, Yardımlı, Qubadlı, Şərur, Xocavənd, Füzuli, Şəki, Qax, Tovuz, Gədəbəy, Oğuz, Səlyan, Neftçala, Göyçay, Kürdəmir, Zərdab, Astara, İsmayıllı, Ağdam və Şəmkirdən ümumilikdə 265 zəka sahibi iştirak edir. Çempionat İsveçrə sistemi ilə keçirilir və yanvarın 31-də başa çatacaq.

Xəbər 724 dəfə oxundu.