Hollandiyada beynəlxalq şahmat turnirində yarışan idmançılarımız heç-heçə ediblər
Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə “Tata Steel Chess” super turnirində növbəti turun oyunları keçirilib.

Yarışın səkkizinci günündə təmsilçimiz Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli Sou ilə “sülh” bağlayıb. Bu nəticədən sonra aktivində 4 xal olan qrossmeysterimiz 6-10-cu yerləri bölüşür. Turnirin lideri aktivinə 5,5 xal yazdıran dünya çempionu Maqnus Karlsendir.

“Tata Steel Chess-Challengers” turnirində yarışan təmsilçilərimizin hər ikisi 8-ci turda rəqibləri ilə heç-heçə ediblər. Eltac Səfərli rusiyalı Aleksandr Dreev, Nicat Abbasov isə yerli şahmatçı Bencamin Bok ilə xalları yarı bölüblər.

Səkkiz turdan sonra E.Səfərli 6 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. N.Abbasov isə 3 xalla 11-13-cü yerləri bölüşdürür.

Xəbər 645 dəfə oxundu.