“Kəpəz” klubu yoxlama oyununda “Neftçi”yə uduzub
Topaz Premyer Liqasının ikinci hissəsinə hazırlığı davam etdirən “Kəpəz” futbol klubu Bakı toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Gəncə klubu “Neftçi” ilə qarşılaşıb və matç “Kəpəz”in məğlubiyyəti ilə yekunlaşıb – 1:2.

Gəncə təmsilçisinin qolunu baxışda olan ukraynalı futbolçu Vladimir Korobka vurub. “Neftçi” ilə oyundan sonra “Kəpəz”in futbolçularına bir günlük istirahət verilib.

Komanda yanvarın 26-da daha bir yoxlama matçı keçirəcək və rəqib birinci divizionun iştirakçısı “Ağsu” olacaq.

Xəbər 678 dəfə oxundu.