EKF-in baş katibi: Gələn il «olimpiya ailəsi»nə daxil olacağımıza inanıram
«Gələn il Buenos-Ayresdə BOK-un toplantısı keçiriləcək. Həmin yığıncaqda karatenin WKF versiyasının olimpiya proqramına daxil olacağına inanıram». İdman.com.az saytının məlumatına görə, bu açıqlamanı jurnalistlərə «Avropa» mehmanxanasında təşkil edilmiş toplantıda Avropa Karate Federasiyasının baş katibi Corc Yerolimpos verib.

Qonaq bilidirib ki, sözü gedən mövzu həssas məsələdir: «WKF dünyada nüfuzuna görə, çox az karate növlərindən sayılır. Olimpiya oyunları humanizmi əks etdirir. Bizim də prinsiplərimiz budur. İnanıram ki, yaxın gələcəkdə «olimpiya ailəsi»nə daxil olunacağıq».

Xəbər 1019 dəfə oxundu.