Ağdaş Olimpiya İdman Kompleksi
Yaradılış tarixi: 12 fevral 2010-cu il

Ərazi: 5.5 hektar

Ağdaş Olimpiya İdman Kompleksi 2010-cu ildən fəaliyyət göstərir.

Kompleksin ərazisi 5.5 hektardır. Kompleksdə 1020 nəfər tamaşaçı tutumu olan universal zal, üzgüçülük hovuzu, bilyard və tennis zalı, güləş zalı, taekvondo zalı və fitnes zalı mövcuddur.

Bunlardan əlavə kompleksdə 260 nəfər tamaşaçı tutumu olan futbol stadionu, minifutbol meydançası, basketbol meydançası, tennis kortu və voleybol meydançası da mövcuddur.

Ağdaş Olimpiya İdman Kompleksinin ərazisində 2 mərtəbəli 3 ədəd kottec var hər birində 8 yataq yeri mövcuddur, həmçinin əlavə olaraq 3 otaqlı hər birində 2 ,3 və 4 yataq yeri olan hostel mövcuddur.

Ağdaş Olimpiya İdman Kompleksinin ərazisində 2 mərtəbəli 3 ədəd 4 yerlik kottec istifadəyə verilmişdir. Kotteclərə və yaşıllıq sahəsinə keçid üçün körpü də vardır.


Ağdaş Olimpiya İdman Kompleksinin tərkibində 260 tamaşaçı yerlik süni örtüklü futbol meydançası (60x40 m) da mövcuddur. Stadionda həmçinin uzununa tullanma yeri (çuxuru) da vardır. Süni örtüklü tennis kortu (36x17 m), voleybol (24x15 m) və basketbol (33x20 m) meydançaları da istifadəyə verilmişdir.

Ünvan: Ağdaş rayon Məşəd kəndi

İndeks: 0300

Şəhər: Ağdaş

Telefon: +994 51 531 37 65

E-mail: agdasoik@mail.ru

Xəbər 9145 dəfə oxundu.