Yığmamız turnirdə ikinci qələbəsini qazanıb | |
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalya Cup” turnirində bu gün ikinci oyununu keçirib. Səudiyyə Ərəbistanının U-20 yığması ilə qarşılaşan yığmamız qələbə qazanıb – 3:0. Oyunda hesabı 8-ci dəqiqədə penalti zərbəsindən fərqlənməklə Namiq Ələsgərov açıb. 10 dəqiqə sonra 11 metrlik cərimə zərbəsini Elnur Cəfərov dəqiq yerinə yetirməklə komandamızın üstünlüyünü 2 topa çatdırıb. 77-ci dəqiqədə Namiq Ələsgərov oyunun yekun hesabını müəyyənləşdirən qolu vurub. Yığmamız turnirdə növbəti oyununu yanvarın 26-da, Bakı vaxtı ilə saat 13:00-da Albaniyanın U-21 komandasına qarşı keçirəcək. |
|
Xəbər 662 dəfə oxundu. |
|
|