“Neftçi” futbol klubuna kubok təqdim olunub
Yanvarın 24-də AFFA və Peşəkar Futbol Liqasının birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən “CBC Sport Kuboku” turnirinə yekun vurulub.

Bayıl stadionunda turnirin son oyununda “Şərurspor” və MOİK komandaları qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən MOİK-in qollarını Rəfael Qəvami, Pərvin Paşayev və Fərid Kərimzadə vurublar.

Dörd oyundan 10 xal toplayan “Neftçi” “CBC Sport Kuboku”nun qalibi olub.

Turnirin son oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, həmçinin “CBC Sport” televiziya kanalının baş direktoru Volkan Ust kuboku “Neftçi”nin kapitanı Araz Abdullayevə təqdim ediblər.

Xəbər 597 dəfə oxundu.