“Nümayiş etdirdiyimiz futbol məni qane etdi”
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalya Cup” turnirində bu gün ilk oyununu keçirib.

Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşmada Namik Ələskərovun dublu sayəsində 2:1 hesabı ilə qələbə qazanan yığmamızın baş məşqçisi Yaşar Vahabzadə affa.az saytına oyunla bağlı açıqlama verib: “Oyuna yaxşı hazırlaşmaq üçün elə də çox vaxtımız olmadı. İlk dəfə Ruslan Nəsirli və Kamal Mirzəyevə şans verdik. Təbii ki, ilk oyunun gərginliyi hiss olunurdu. Bəzi futbolçularda yorğunluq olsa da, komandanın oyunundan razı qaldım. Ukrayna cəld və topla oynamağı sevən komandadır. Belə bir rəqibə qarşı nümayiş etdirdiyimiz futbol məni qane etdi. İlk hissədə oyunumuz istədiyimiz kimi alınmasa da, fasilədən sonra futbolçular toparlandılar”.

Xəbər 632 dəfə oxundu.