“Dəmiryolçular” 1/4 finalda Kazan “Dinamo”su ilə qarşılaşacaq
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinin hər 2 oyununda İsveçrənin “Volero” klubunu məğlub edən (3:1, 3:0) “Azərreyl”, növbəti mərhələyə yüksəlib. İdman.com.az saytının məlumatına görə, 1/4 finalda “dəmiryolçular” Kazan “Dinamo”su ilə görüşəcək. Artıq ilk matçın hakimləri bəllidir. Bu gərgin mübarizəni Juray Mokri (Slovakiya) və Nikola Miçevski (Makedoniya) idarə edəcəklər.

Xəbər 963 dəfə oxundu.