Hollandiyada “Tata Steel Chess” şahmat festivalı davam edir
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən 78-ci ənənəvi “Tata Steel Chess” şahmat festivalı davam edir.

Şahmatçılarımız Şəhriyar Məmmədyarov, Eltac Səfərli və Nicat Abbasov yarışın yeddinci turunda növbəti görüşlərini keçirəcəklər.

Festivalın “A” turnirində iştirak edən Şəhriyar Məmmədyarova Çin təmsilçisi, dünya çempionu Xou İfan rəqib olacaq. “Tata Steel Chess Challengers” turnirində mübarizə aparan digər şahmatçılar - Eltac Səfərli və Nicat Abbasov Rusiyadan Mixail Antipov və hollandiyalı Miqel Admiral ilə münasibətlərə aydınlıq gətirəcəklər.

Xatırladaq ki, dairəvi sistemlə keçirilən hər iki turnirə yanvarın 31-də yekun vurulacaq. Festivalda Azərbaycan ilə yanaşı, Hollandiya, Çexiya, Rusiya, Ukrayna, ABŞ, Böyük Britaniya və digər ölkələrin şahmatçıları iştirak edirlər.

Xəbər 649 dəfə oxundu.