Sumqayıt vətənə dönür
Bu gün “Sumqayıt” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuraraq vətənə dönür. Komanda axşam saatlarında paytaxt Bakıda olacaq.

İki günlük istirahətin ardından komanda “Kapital Bank Arena”da Premyer Liqanın növbəti turu üçün “Neftçi” ilə oyunun hazırlığına başlayacaq.

Qeyd edək ki, “Sumqayıt” Antalyada 4 yoxlama matçı keçirdi. Komanda Qazaxıstan "Akjayık" klubuna 1:0 hesabı ilə qalib gəlib, Rumıniya təmsilçisi "Voluntari" ilə 0:0 hesablı heç-heçə edib, son İran çempionu "Sepahan"a 1:2 hesabı ilə məğlub olub və 4 qat Rumıniya çempionu olmuş “Petrolul”la 1:1 hesablı heç-heçəyə imza atıb. (klub saytı)

Xəbər 627 dəfə oxundu.