“Zirə” futbol klubu Antalyanı qələbə ilə tərk edib
“Zirə” futbol klubu Antalyada təşkil olunan təlim-məşq toplanışını başa vurub.

“Zirə” toplanışın son günündə yoxlama oyununda qüvvəsini sınayıb. Rəqib Rumıniyanın güclü klublarından “Tırqu-Mureş” olub.

Oyuna yaxşı başlayan komandamız tezliklə hesabı açıb. Təşkil olunan baxımlı hücumu Tato qolla tamamlayıb. Fasilədən sonra “Tırqu-Mureş” futbolçuları nisbətən fəallığı artırıblar. Ancaq komandamız xüsusilə sürətli hücumlarla bir neçə dəfə hesabı artırmaq imkanı qazanıb. Son dəqiqələrdə Nurlan Novruzovun fərqlənməsinə qapı tiri imkan verməyib.

Beləliklə, “Zirə” komandası Rumıniya təmsilçisini minimal hesabla məğlub edib – 1:0

Xəbər 775 dəfə oxundu.