ADİU-da “ASAN Könüllüləri” arasında şahmat turnirinin qalibləri müəyyənləşdirilib
“ASAN Könüllüləri” Gənclər Təşkilatı Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) şahmat turniri keçirib.

İki gün davam edən turnir böyük Azərbaycan şairi, ilk qadın şahmatçı Məhsəti Gəncəvinin xatirəsinə həsr olunub. Olimpiya sistemi ilə keçirilən yarışda ölkənin müxtəlif universitetlərinin tələbələri iştirak ediblər. ADİU-nun ali dərəcəli məşqçisi, beynəlxalq səviyyəli qrossmeyster Sərxan Quliyevin hakimliyi ilə keçirilən görüşlər iti zəka sahiblərinin gərgin mübazirəsi ilə yadda qalıb.

Final mərhələsində Elçin Osmanov və Nicat Vahidli “Ən iti zəka” adı uğrunda mübarizə aparıblar. N.Vahidlinin “şah” fiqurunu iki dəfə “mat” vəziyyətinə salan ADİU-nun tələbəsi Elçin Osmanov turnirin qalibi olub. Oyunun yekun nəticəsinə əsasən, üçüncü yerə Elvin Həşimov layiq görülüb.

Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilib.

Xəbər 694 dəfə oxundu.