“Neftçi” futbol klubu “CBC Sport Kuboku” turnirinin qalibidir
Topaz Premyer Liqasının ikinci yarısına Bakıda hazırlaşan futbol klubların iştirakı ilə keçirilən “CBC Sport Kuboku” turnirində qalib müəyyənləşib.

İlk 3 görüşdən 7 xal toplayaraq vahid lider olan “Neftçi” növbəti qələbə sayəsində izləyicilərindən uzaqlaşıb. Bu halda, paytaxt klubu sonuncu turun oyunlarının nəticəsindən asılı olmayaraq kubokun qalibi olub.

Birinci divizion təmsilçisi “Şərurspor”la qarşılaşan Əsgər Abdullayevin yetirmələri 3:2 hesablı qələbə ilə xal hesabını 10-a çatdırıb. Turnirdəki çıxışını bu oyunla başa vuran “Neftçi” son turda meydana çıxacaq komandalar üçün əlçatmaz olub. Belə ki, ikinci pillədə qərarlaşan AZAL “Neftçi”dən dörd xal geri qalır.

Xəbər 550 dəfə oxundu.