AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edib | |
İsveçrənin Nyon şəhərində UEFA-nın növbəti iclası keçirilib. Qitə futbol qurumunun mənzil qərargahında təşkil olunan tədbir UEFA-nın üzvü olan 54 milli assosiasiyanın prezident və baş katiblərinin iştirakı ilə informasiya mübadiləsi xarakteri daşıyıb. İki gün davam edən iclasda UEFA-nın İcraiyyə Komitəsinin qəbul olunan yeni qərarları barədə milli assosiasiyaların nümayəndələrinə məlumat verilib. FİFA prezidenti vəzifəsinə namizəd Cianni İnfantino seçki proqramını tədbir iştirakçılarının diqqətinə çatdırıb. AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov da tədbirdə iştirak ediblər. |
|
Xəbər 956 dəfə oxundu. |
|
|