Zoran Qayiç: Dekabrın sonundan belə güclü rəqibimiz olmamışdı
“Rəqibimiz çox güclü idi. Bunun üçün də onlar birinci oyunu onlar bizdən yaxşı keçirmişdilər”. İdman.com.az saytının məlumatına görə, bunu “Rabitə” voleybol klubunun baş məşqçisi Zoran Qayiç deyib.

Serbiyalı mütəxəssis, Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atom”la (Polşa) cavab matçında qələbədə komandasından razı qalıb. O bildirib ki, 3:1 hesablı revanş, ardından isə “qızıl set”də qalib gələcəklərini artıq oyunun ikinci hissəsində hiss edib:

“Biz oyuna yaxşı hazırlaşmışdıq. Dekabrın sonundan belə güclü rəqibimiz olmamışdı. Bu cür güclü klublar olmayanda isə, voleybolçuları yüksək səviyyədə saxlamaq heç də asan olmur. İkinci hissədə bildirdim ki, bizim şansımız var. Lakin bunu dəqiqliyi ilə yalnız axırıncı topdan sonra demək olardı”.

Xəbər 1104 dəfə oxundu.