“Sumqayıt” futbol klubu növbəti yoxlama oyununu keçirib
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” futbol klubu növbəti yoxlama oyununu keçirib.

Samir Abasovun rəhbərlik etdiyi komanda əvvəlcədən planlaşdırıldığı kimi İran çempionu “Sepehan”la ilə üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda komandamızdan yeganə qolu penalti sonrası 75-ci dəqiqədə Pərdis Fərcad-Azad vurub.

Xatırladaq ki, “Sumqayıt” ilk yoxlama oyununda Qazaxıstanın “Akjayık” klubuna 1:0 hesabı ilə qalib gəlib, Rumıniya təmsilçisi “Voluntari” ilə 0:0 hesablı heç-heçəyə imza atıb.

“Sumqayıt” klubu Türkiyədə son yoxlama oyununu bu gün keçirəcək. Komanda 4 dəfə Rumıniya çempionu olmuş “Petrolul”la qarşılaşacaq.


Xəbər 653 dəfə oxundu.