Müvafiq vəsait “İnter” PİK-in hesabına köçürülüb
“İnter” PİK üçün UEFA-nın ayırdığı müvafiq vəsait AFFA tərəfindən klubun hesabına köçürülüb.

Klub üçün daxil olan ümumi vəsait 708.970 avro (2015/16 UEFA Avropa Liqası, uzun məsafəli səyahət üçün kompensasiya – 40.000 avro, 2015/16 UEFA Çempionlar Liqasında və 2015/16 UEFA Avropa Liqasında iştiraka görə ümumi ödənişlər (solidar ödənişlər) – 630.000 avro və Maliyyə Fair Play-inə əsasən ayrılmış vəsait – 38.970 avro) təşkil edir. “İnter” PİK-in AFFA-ya olan borcları tutulduqdan sonra qalıq qalan 514.203 avro klubun hesabına köçürülüb.

Xəbər 663 dəfə oxundu.