UEFA-dan “Qəbələ”yə bonus məbləğ ayrılıb | |
UEFA “Qəbələ” futbol klubuna 243 min avro məbləğində bonus ayırıb. Bu məbləğ komandanın Avropa Liqasının 2015/2016-cı il mövsümünün qrup mərhələsindəki iki heç-heçəsi üçün nəzərdə tutulub. Vəsait AFFA tərəfindən “Qəbələ”nin hesabına köçürülüb. Qeyd edək ki, “Qəbələ” hər iki heç-heçəni Yunanıstanın PAOK komandası ilə ev və səfər matçlarında edib. |
|
Xəbər 654 dəfə oxundu. |
|
|