“Telekom”-“Fənərbağça” voleybol oyunu başlayıb
Bakının qadınlardan ibarət “Telekom” voleybol klubu Çempionlar Liqası yarışlarında beşinci oyununu keçirir.

“Telekom” “Sərhədçi” Olimpiya İdman Mərkəzində Türkiyənin “Fənərbağça” komandasını qəbul edir. Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən qarşılaşmaya belaruslu Yuri Bakunoviç və rumıniyalı Silvian Lunqu təyinat alıblar.

Çempionlar Liqası yarışlarının “E” qrupunda yer alan “Telekom” keçirdiyi hər dörd görüşündə meydandan məğlub ayrılıb.

Xəbər 688 dəfə oxundu.