“Tata Steel Chess” superturnirində növbəti turun oyunları keçirilib
Hollandiyanın Veyk-an-Zee şəhərində “Tata Steel Chess” superturnirində növbəti turun oyunları keçirilib. Yarışın IV günündə Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Qara fiqurlarla oynayan qrossmeysterimiz turnirin reytinq lideri ilə görüşdən bərabərliklə ayrılıb.

Qeyd edək ki, Şəhriyar növbəti oyununu ingilis şahmatçı Mişel Adamsa qarşı keçirəcək.

Festivalın “Tata Stell Chess-Chanlengers” turnirində mübarizə aparan Eltac Səfərli yerli şahmatçı Benjamin Bok üzərində qələbə qazanıb. Nicat Abasov isə bu turda Nino Batiaşviliyə məğlub olub.

4 turdan sonra “Tata Stell Chess-Masters” turnirində F.Karuana 2.5 xal, Din Lijen, So 2 xal, Van Veli, Vey İ, Karlsen, Karyakin, Navara,Tomaşevskiy,Hou İfan, Elyanov 1.5 xal, Qiri, Məmmədyarov 1 xal, Adams isə 0.5 xal toplayıb.

“Tata Stell Chess- Chanlengers” turnirində isə Dreev 3 xalla liderdir. Adxiban 2.5 xal, Antipov, Nisipyanu, Səfərli 2 xal, Bok, L Ami, Sevyan, Çzyuy Vençzyun 1.5 xal, Abasov, Batiaşvili,Van Forest 1 xal, Admiral 0.5 xal toplayıb.

Xəbər 840 dəfə oxundu.