“Qarabağ” futbol klubu Macarıstan klubuna böyük hesabla qalib gəlib
Antalyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” futbol klubu hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

Baş məşqçi Qurban Qurbanovun komandası Macarıstanın “Dioşdyor” klubu ilə qarşılaşıb. Matç Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ”ın heyətində Maksim Medvedev, Muarem Muarem, Rahid Əmirquliyev və Mahir Mədətov fərqləniblər.

Qeyd edək ki, “Qarabağ” Antalyada ilk yoxlama oyununda Almaniyanın "Rot Vayss Essen” klubuna 1:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər 705 dəfə oxundu.