“Antalya Cup” turnirinin püşkü atılıb
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının iştirak edəcəyi “Antalya Cup” turnirinin püşkü atılıb.

Turnirin təqviminə əsasən yığmamız beş komandanın mübarizə aparacağı yarışdakı ilk oyununu sabah Ukraynaya qarşı keçirəcək.

Qeyd edək ki, turnirdə Azərbaycan, Ukrayna və Albaniyanın U-21, Bəhreynlə Səudiyyə Ərəbistanının U-20 komandaları çıxış edəcək.

Xəbər 848 dəfə oxundu.