Xəzər Lənkəran şəhidlərimizi andı
“Xəzər Lənkəran” komandasının bu gün baş tutan səhər məşqi meydanda keçirilən toplantı ilə başlayıb. Futbolçular və texniki heyətə ilk olaraq 20 Yanvar hadisələri haqqında danışılıb.

Xüsusən faciə baş verərkən hələ kiçik yaşlarını yaşayan futbolçulara Azərbaycan tarixində faciə ilə yanaşı qəhrəmanlıq səlnaməsi kimi də yazılan Yanvar hadisələri barədə məlumat verilib. Klubun idman direktoru Yunis Hüseynov çıxışını yekunlaşdırdıqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Xəzər Lənkəran” futbol klubu Yanvar hadisələri zamanı Bakı ilə yanaşı Neftçala və Lənkəranda canlarını qurban verən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir! (klub saytı)

Xəbər 645 dəfə oxundu.