Antalya toplanışı, 11-ci gün
“Zirə”nin Türkiyənin Antaliya şəhərində təşkil olunan təlim-məşq toplanışı davam edir. Toplanışın 11-ci günündə komamda səhər məşqində daha çox topla çalışıb. Dünən futbolçular oyuna çıxdığı üçün baş məşqçi Adil Şükürov əsasən bərpa prosesinə üstünlük verib. Səhhətində problem olan Təmkin Xəlilzadə və “Optik”lə oyunda dizindən zədələnən Dieqo de Souza məşqdə iştirak etməyib. Axşam məşqində isə “qartallar” taktiki-texniki hazırlıq üzərində işlyəcək.

Xəbər 656 dəfə oxundu.