Azərbaycanı beynəlxalq yarışda təmsil edən idmançımız uğur qazanıb
16 yanvar 2016-cı il Litvanın Kuldiqa şəhərində “Kuldiga Kristinas Cup 2016” adlı yüngül atletika üzrə keçirilmiş beynəlxalq yarışda Rahib Mamedov bürünc medala layiq görüldü.

Tədbir ümumilikdə 300 idmançının iştirakı ilə keçirilmişdir. Böyük Britani və Danimarka və s. Digər avropa ölkələrinində daxil olduğu bu yarışda Azərbaycanı Rahib Mamedov 60 metr sədlərlə qaçışda təmsil etmişdir. 8.04 nəticəsi ilə finala çıxan atlet 8.01 nəticəsi ilə finalda 3-cü yeri tutmuşdur.

Xatırladaq ki, qızıl və gümüş medala Böyük Britaniya və Litvanı təmsil edən atletlər layiq görülüb.

Xəbər 738 dəfə oxundu.