AZAL klubu qış turnirində vahid lider olub | |
Qış fasiləsini Azərbaycanda keçirən futbol klubları arasında “CBC Sport Kuboku” turniri davam edir. Beşinci oyun günündə daha bir qarşılaşma keçirilib. AZAL birinci divizion klubu "Şərurspor"la üz-üzə gəlib. Bu, elita təmsilçisinin yarışdakı üçüncü, birinci divizion klubunun isə ikinci oyunu olub. Oyuna hakim olan AZAL ilk iki qolun müəllifi olub. Amma 33-cü dəqiqədə azlıqda qalan elita təmsilçisi matçın gedişində üstünlüyünü əldən verib. İstənilən halda, matçın sonlarında paytaxt təmsilçisi qələbə qolunu vurmağı bacarıb – 3:2. Bu qələbə sayəsində AZAL "Neftçi"ni qabaqlayaraq, turnirdə vahid liderliyi ələ keçirib. Beləliklə, baş məşqçi Tərlan Əhmədovun komandası üçüncü matçında ardıcıl 2-ci qələbə qazanaraq 6 xalla liderliyə yüksəlib. “Şərurspor” isə 1 xalla dördüncü pillədə qalıb. “Neftçi” 4 xalla ikinci, “Neftçala” 2 xalla üçüncü, xalsız MOİK isə turnirin autsayderidir. |
|
Xəbər 735 dəfə oxundu. |
|
|