Məktəblilər Bakı Olimpiya Stadionu ilə tanış olublar
Xəbər verdiyimiz kimi, Bakı Olimpiya Stadionunda arena ilə tanışlıq turları keçirilir. Gəzinti proqramına stadionun texniki zonaları, media mərkəzi, futbolçuların paltardəyişmə otaqları, əsas meydança və tribunalarla tanışlıq daxildir.

Stadionda növbəti tur məktəblilər üçün təşkil olunub. İyirmi bir yaşadək qızlardan ibarət Azərbaycan yığmasının kapitanı Əminə Heydərovanın da iştirak etdiyi tədbirdə şagirdlər stadionla tanış olmaqla yanaşı, futbolçuya sual ünvanlamaq imkanı da qazanıblar.

Sonra Bakı Olimpiya Stadionunun inşa prosesini əks etdirən videoçarx nümayiş etdirilib.

Xəbər 2181 dəfə oxundu.